Məhəmməd Fadila: Suriya Azərbaycan qazını qəbul etməyə hazırdır Dünya

Məhəmməd Fadila: Suriya Azərbaycan qazını qəbul etməyə hazırdır

Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə texniki cəhətdən tam hazırdır.

APA xəbər verir ki, bu barədə ölkənin Elektrik Enerjisi İstehsalı üzrə Dövlət Korporasiyasının rəhbəri Mühəmməd Fadila SANA agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyənin qaz infrastrukturuna birləşmə prosesi başa çatıb. Söhbət Kilis–Hələb istiqamətindəki 20 kilometrlik boru xəttindən gedir. Fadila vurğulayıb ki, bu layihə təkcə energetik deyil, həm də strateji, iqtisadi və humanitar baxımdan Suriyanın müharibədən sonrakı bərpası üçün mühüm əhəmiyyət kəsb edir.

Rəsmi qaz tədarükünün 2025-ci il avqustun 2-də Suriya, Türkiyə və Azərbaycan arasında imzalanmış üçtərəfli saziş çərçivəsində başlanacağı gözlənilir.