

1 Avqust 19:13
1 Avqust 13:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Yaponiyanın Akita əyalətində 73 yaşlı qadının ayı hücumuna məruz qalaraq başından və üzündən xəsarət aldığı bildirilir.
Xalqcebhesi.az xəbər verir ki, Dövlət televiziyası NHK-nın yerli polis mənbələrinə istinadən verdiyi məlumata görə, 73 yaşlı qadın Akita əyalətində əlillər üçün qocalar evinin qarşısında huşsuz vəziyyətdə və qan içində tapılıb.
Polis qocalar evinin təhlükəsizlik kamerası görüntülərini araşdıraraq, ayının qadına hücum etdiyini müəyyən edib.
Qocalar evinin sakini olduğu müəyyən edilən qadın müalicə olunmaq üçün xəstəxanaya aparılıb.
Baş və üz xəsarətləri də daxil olmaqla, yaşlı qadının vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib.
İyun ayından Yaponiyanın şəhər yerlərində ayı hücumları tez-tez baş verir.
Məryəm Quliyeva