Finlandiya Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan edib Dünya

Finlandiya Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan edib

Finlandiya prezidenti Alexander Stubb hökumətin təklif təqdim edəcəyi təqdirdə Fələstin dövlətini tanımağa hazır olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Finlandiya prezidenti Alexander Stubb sosial media hesabından verdiyi açıqlamada Qəzzadakı vəziyyəti qeyri-insani adlandıraraq, "Uşaqlar onlara ərzaq yardımı çatmadığı üçün aclıq çəkirlər. Qida axtaran mülki şəxslər güllələnib. Uzunmüddətli həll yolu, iki dövlət modeli əsasında sülh lazımdır" deyib.
Fransa, Böyük Britaniya və Kanadanın Fələstinlə bağlı verdiyi qərarlara toxunan Stubb, "Əgər Fələstin Dövlətinin tanınması ilə bağlı təklif alsam, onu təsdiqləməyə hazıram.

Fransa, Böyük Britaniya və Kanadanın qəbul etdiyi qərarlar sülh prosesinə yeni nəfəs vermək üçün Fələstinin tanınması tendensiyasını gücləndirir."

Stubb, finlərin "Fələstinin tanınması ilə bağlı fərqli baxışları və narahatlıqları olduğunu" başa düşdüyünü vurğulayaraq, açıq və dürüst müzakirəyə çağırıb.

Məryəm Quliyeva