

1 Avqust 19:13
1 Avqust 13:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Cənubi Afrikada elm adamları brakonyerlərlə mübarizə aparmaq üçün kərgədanların buynuzlarına yeridiləcək radioaktiv inyeksiya hazırlayıblar.
"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Vitvaatersrand Universitetinin professoru Ceyms Larkin deyib ki, 20 kərgədan üzərində aparılan araşdırmalar inyeksiyanın “tamamilə təhlükəsiz” olduğunu göstərib: “Bu, brakonyerliyin azaldılmasına kömək edəcək mühüm vasitədir”.
Rizotop layihəsi altı il davam edib və universitetə 290 min dollara başa gəlib. Tədqiqatçılar Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə birlikdə aşkar ediblər ki, radioaktiv maddə sayəsində heyvan buynuzlarına hətta tam altı metrlik konteynerlərin içərisində də rast gəlmək olar.
Cənubi Afrika dünyanın ən böyük kərgədan populyasiyasına ev sahibliyi edir və hər il 400-dən çox kərgədan brakonyerlər tərəfindən öldürülür.