Rusiya: Biz Ukraynanın hərbi hava limanının infrastrukturuna hücum etdik Dünya

Rusiya: Biz Ukraynanın hərbi hava limanının infrastrukturuna hücum etdik

Rusiya Müdafiə Nazirliyi hipersonik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın hərbi hava limanı infrastrukturuna hücuma keçdiklərini açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynaya qarşı hərəkətləri barədə məlumat verilib.
Ukraynada hərbi ünsürlərə qarşı hücumların davam etdiyi bildirilən açıqlamada, “Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun hərbi hava limanı infrastrukturuna hipersəsli “Kinjal” raketləri və İHA-larla qrup hücumu həyata keçirib.

Bəyanatda hücum məqsədinə nail olunduğu və müəyyən edilmiş bütün hədəflərin vurulduğu bildirilib.

Nazirlik həmçinin qeyd edib ki, son 24 saat ərzində 120 Ukrayna PUA-sı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Məryəm Quliyeva