Trampın Putin və Witkoff görüşü ilə bağlı mesajı: Böyük irəliləyiş əldə olunub Dünya

Trampın Putin və Witkoff görüşü ilə bağlı mesajı: Böyük irəliləyiş əldə olunub

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə onun xüsusi nümayəndəsi Steve Witkoff arasında keçirilən görüşün çox məhsuldar keçdiyini ifadə edərək, "Böyük irəliləyiş əldə olunub. Hamı razıdır ki, bu müharibə bitməlidir".

Xalqcebhesi.az xəbər verir ki, Tramp bu gün Moskvada keçirilən Putin və Witkoff görüşü ilə bağlı Truth Social-da bəyanat yayıb.
Tramp, "Xüsusi nümayəndəsim Steve Witkoff indicə Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirdi. Böyük irəliləyiş əldə olunub. Hamı razıdır ki, bu müharibə bitməlidir".
Görüşlə bağlı bir neçə Avropa ölkəsini də məlumatlandırdığını qeyd edən Tramp, yaxın günlərdə Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün işlərini davam etdirəcəklərini bildirib.

Kremlin xarici siyasət müşaviri Yuri Uşakov Rusiya prezidenti Putinin ABŞ prezidenti Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi ilə görüşünün faydalı və konstruktiv keçdiyini ifadə edərək, "Ukrayna ilə bağlı bəzi siqnallar verdik. Müvafiq siqnallar Trampdan da alındı" deyib.

Tramp Putinin Ukrayna ilə razılığa gəlmək üçün ona verdiyi 50 günlük müddəti azaldıb və avqustun 8-nə yeni bir müddət qoyub.

Rusiyanın razılıq əldə etmədiyi təqdirdə yeni sanksiyaların elan ediləcəyi gözlənilir.

Məryəm Quliyeva