Putinin Hindistana səfəri gözlənilir Dünya

Putinin Hindistana səfəri gözlənilir

Avqustun sonunda Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri gözlənilir.

Bu barədə Hindistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval bildirib.

“Bizim Rusiya ilə çox yaxşı əlaqələrimiz var. Biz bu strateji əlaqələri yüksək qiymətləndiririk. Prezident Putinin bu ayın sonunda ölkəmizə səfər edəcəyi xəbəri bizi məmnun edib”, - Hindistan rəsmisi bildirib.

Qeyd edək ki, Hindistanın Baş naziri Narendra Modi 2024-cü ilin iyulunda Rusiyaya səfəri zamanı Vladimir Putini ölkəsinə səfərə dəvət etmişdi.