

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Almaniyada müvəqqəti olaraq icra olunan sərhəd yoxlanışlarının sentyabrdan sonra da davam etdirilməsi planlaşdırılır.
Bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirib.
Onun sözlərinə görə, Almaniya kriminal keçmişi olan miqrantların Əfqanıstan və Suriyaya deportasiya edilməsini daha da sürətləndirəcək.
Xatırladaq ki, bundan əvvəl Almaniyada sərhəd yoxlanışı rejiminin sentyabrın 15-ə qədər qüvvədə saxlanılması nəzərdə tutulmuşdu.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, 8 may-31 iyul tarixləri arasında 9,254 nəfər Almaniya sərhədlərindən geri qaytarılıb ki, onların əksəriyyəti Əfqanıstan, Əlcəzair, Eritreya və Somalidən olub.