İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
7 Avqust 2025 22:18
2 380
ABŞ Geoloji Xidməti Okeaniya dövləti Papua Yeni Qvineyada 5,9 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Xidmətindən (USGS) verilən açıqlamada 5,9 bal gücündə baş verən zəlzələnin episentrinin Yeni İrlandiya adası olduğu bildirilib.
Təxminən 19 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib və ilkin məlumatlara görə, tələfat və dağıntılar barədə məlumat verilməyib.
Papua Yeni Qvineya Sakit Okeanın "Alov halqası"nda yerləşir, burada dünyada ən çox zəlzələ və vulkanik fəaliyyət baş verir.
Məryəm Quliyeva