İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
10 Avqust 2025 18:00
2 317
Avqustun 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
“Report” xəbər verir ki, iclasda avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən tarixi görüşdə əldə olunan razılaşmalar və sülh istiqamətində atıla biləcək növbəti addımlar müzakirə olunacaq.
Həmçinin Yaxın Şərq, o cümlədən Qəzzadakı son durum barədə də fikir mübadiləsi aparılacaq.
Hökumətin iclasında, eyni zamanda, terrorla və meşə yanğınları ilə mübarizə də gündəlikdə olacaq.