İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
11 Avqust 2025 12:50
2 254
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran Prezidenti Məsud Pezekian arasında telefon danışınığı olub.
APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Vaşinqtonda əldə olunan razılaşmalar müzakirə edilib.
Ermənistanın Baş naziri İran prezidentini əmin edib ki, regional kommunikasiyalar ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipi, eləcə də qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək.
Paşinyan Pezeşkiana Vaşinqton razılaşmalarını obyektiv qiymətləndirməsinə görə təşəkkür edib. O, İran prezidentinin İrəvana gözlənilən səfərinin əhəmiyyətini qeyd edib.