

11 Avqust 10:55
11 Avqust 10:09
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryan və bir sıra sabiq yüksək vəzifəli şəxslərə qarşı iddia qaldırıb.
APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, iddiaya əsasən, 2008-ci il prezident seçkilərindən sonra 1 mart hadisələri zamanı zorakılıq qurbanlarına və onların ailələrinə ayrılmış 670 milyon dram məbləğində kompensasiyanın dövlətə geri qaytarılması tələb olunur.
Baş Prokurorluq 11 avqust 2025-ci ildə Antikorrupsiya Məhkəməsinə dövlət maraqlarının müdafiəsi tələbi ilə müraciət edib. İddiada Köçəryanla yanaşı, həmin dövrdə Təhlükəsizlik Şurasının katibi olmuş Armen Gevorqyan, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyran Ohanyan və müdafiə nazirinin müavini Yuri Xaçaturovun da adı yer alır.
Prokurorluq məbləğin hər birindən bərabər şəkildə ödənilməsini tələb edir.
Məhkəmə hələlik işi icraata qəbul etməyib.