Avropa İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır Dünya

Avropa İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Böyük Britaniya, Almaniya və Fransa BMT-yə məktub göndərərək, Tehranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmədiyi təqdirdə İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” nəşri məlumat yayıb.

BMT-nin baş katibi Antonio Quterreşə ünvanlanan məktubu Fransanın xarici işlər nazirləri Jan-Noel Barrot, Almaniyanın İohan Vadeful və Böyük Britaniyanın Devid Lammi imzalayıb. Sənəddə bildirilir ki, Aİ3 avqust ayında sanksiyaların avtomatik uzadılmasının qarşısını almaq üçün İrana sanksiyaların dayandırılmasını uzatmağı təklif edib.

Məktubda deyilir ki, Paris, Berlin və London açıq şəkildə bildiriblər ki, Tehran avqustun sonuna qədər diplomatik həll yoluna getmək istəməsə və ya uzadılma variantından yararlanmasa, snapback mexanizmi işə düşəcək.

İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmasından sonra Aİ3 İranı yenidən sanksiyalarla hədələyib. İran daha sonra İngiltərə, Almaniya və Fransa ilə iyulun sonunda Türkiyədə keçirilən nüvə danışıqlarını bərpa etməyə razılaşıb.

Məryəm Quliyeva