
Rusiyanın düşmənçilik siyasəti: şovinist kampaniya davam edir
13 Avqust 23:45
13 Avqust 23:45
13 Avqust 23:07
13 Avqust 23:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə onlayn danışıqlar zamanı Ukrayna əraziləri ilə bağlı məsələlər müzakirə edilib.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Mertslə Trampın da iştirak etdiyi Avropa ölkələrinin dövlət və hökumət başçılarının Ukrayna üzrə videokonfransının yekunlarına dair birgə mətbuat konfransında deyib.
“Biz bu gün bu məsələləri müzakirə etdik. Təbii ki, bunlar çox mürəkkəb məsələlərdir”, - o bildirib.
Eyni zamanda, Zelenski bir daha qeyd edib ki, Ukrayna Konstitusiyası onun ərazi bütövlüyünün pozulmasına imkan vermir. “Nə qədər ki, dövlətin konstitusiyası dəyişməz qalıb, mənim başqa mövqeyim ola bilməz”, - o əlavə edib.
Almaniya kansleri Fridrix Merts isə Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları ilə bağlı Avropanın mövqeyini açıqlayıb.
O, Kiyev və onun Aİ və NATO tərəfdaşları tərəfindən razılaşdırılan əsas prinsipləri açıqlayıb: “Sonrakı görüşlər olarsa, Ukrayna danışıqlar masasında olmalıdır; danışıqlar düzgün qaydada aparılmalıdır – atəşkəs ilkin mərhələdə olmalıdır; Ukrayna ərazi məsələləri üzrə danışıqlara hazırdır, lakin Rusiyanın işğal etdiyi ərazilərin hüquqi cəhətdən tanınması müzakirə belə edirmir; Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanəti lazımdır”.