İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
14 Avqust 2025 08:00
2 093
Fələstinin HƏMAS hərəkatı İsrail qoşunlarının razılaşdırılmış nöqtələrə çıxarılması müqabilində Qəzza zolağından döyüşçülərini geri çəkməyə hazır olduğunu bildirib.
Bu barədə "Əl Ərəbiyyə" telekanalı mənbələrə istinadən xəbər verir.
Onların məlumatına görə, hərəkatın Qahirədəki nümayəndə heyəti Qəzzada mümkün atəşkəs razılaşması ilə bağlı tələblərini Misir vasitəçilərinə çatdırıb. “HƏMAS İsrailin razılaşdırılmış nöqtələrə çəkilməsi müqabilində öz döyüşçülərini geri çəkməyə hazır olduğunu bildirib və girovların həyatını qorumaq öhdəliyini vurğulayıb”, - deyə mənbələr telekanala bildiriblər.
Onların sözlərinə görə, hərəkat “İsrailin Qəzzanı işğal etmək planlarına son qoyacağına” və hərbi əməliyyatların bərpa olunmayacağına dair beynəlxalq təminatların daxil olduğu “İsraillə yazılı razılaşma tələb edib”.
Mənbələr həmçinin qeyd ediblər ki, Misir Qəzza ilə bağlı hərtərəfli saziş üçün plan hazırlayır və bu plan avqustun sonuna qədər həyata keçirilməlidir.
Cavid