“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
14 Avqust 13:48
2 191
Rusiya və ABŞ prezidentlərinin görüşünə hazırlıq yekun mərhələyə daxil olub, proqram artıq razılaşdırılıb.
“APA” xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, əvvəlcə liderlər təkbətək görüşəcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq. Görüş “5-ə qarşı 5” formatında keçiriləcək.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, baş nazirin birinci müavini Andrey Beloусов, maliyyə naziri Anton Siluanov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev daxil olacaq.
Qeyd edək ki, Alyaskada keçiriləcək görüş Bakı vaxtı ilə sabah saat 23:30-da başlayacaq və liderlərdən başqa, yalnız tərcüməçilərin iştirak edəcəyi təkbətək söhbətlə açılacaq.
"Putin-Tramp sammitinin mərkəzi mövzusu Ukrayna böhranının həlli olacaq, lakin digər mövzulara da toxunulacaq" - Uşakov bildirib.
8 Dekabr 20:39
1 071
8 Dekabr 18:43
1 134
8 Dekabr 18:35
1 064