İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
18 Avqust 2025 22:16
2 163
ABŞ prezidenti Donald Tramp, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüşün keçirilməsinin zəruriliyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu çağırışı o, Ukrayna lideri ilə Ağ Evdəki görüş zamanı edib.
Onun sözlərinə görə, belə bir görüş Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə kömək edəcək. Ağ Ev başçısı vurğulayıb ki, Avropa liderləri ilə görüşdən sonra Putinlə telefonla danışacaq.
"Bizim üçtərəfli görüşümüz ola bilər və ya olmayacaq. Əgər olmayacaqsa, döyüşlər davam edəcək. Əgər olacaqsa, məncə, mümkün sülhə nail olmaq üçün yüksək şansımız olacaq", - deyə Tramp əlavə edib.
Məryəm Quliyeva