

18 Avqust 17:35
18 Avqust 14:21
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın bir-iki həftə ərzində Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkün olub-olmadığı bəlli olacaq.
APA xəbər verir ki, o, bu fikri Ağ Evdə Avropa ölkələrinin liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdə səsləndirib.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putin və Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyinə inandığını vurğulayıb.
ABŞ lideri qeyd edib ki, əsas məsələ belə bir görüşün baş tutub-tutmaması deyil, onun nə vaxt təşkil olunacağıdır.
“Düşünürəm ki, biz bunu təşkil edəndə, yəni "nə vaxt" sualına cavab tapanda, əminəm ki, həqiqətən də müsbət addımların şahidi olacağıq”, – deyə Tramp əlavə edib.