

17 Avqust 20:20
15 Avqust 20:00
15 Avqust 19:34
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İyunun 26-dan bəri Pakistanda musson fəlakətləri nəticəsində ölənlərin sayı 657 nəfərə çatıb.
Xalqcebhesi.az Dawn qəzetinə istinadən xəbər verir ki, Pakistan Milli Fəlakət İdarəsi (NDMA) verdiyi açıqlamada yağışların səbəb olduğu fəlakətlərin bütün ölkə ərazisində davam etdiyini bildirib.
Açıqlamada ölkə daxilində baş verən təbii fəlakətlərdə ölənlərin sayının 171-i uşaq olmaqla 657-yə yüksəldiyi bildirilib.
Bəyanatda itkin düşən 929 nəfərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyi, ən çox zərər çəkmiş Hayber Paxtunxva əyalətində isə 150-dən çox insanın hələ də itkin düşdüyü qeyd edilib. Bəyanatda bildirilir ki, Hayber Paxtunxva əyalətində 390, Pəncabda 164, Gilgit Baltistanda 32, Sinddə 28, Bəlucistanda 20, Azad Kəşmirdə 15, İslamabadda 8 nəfər həlak olub.
Açıqlamada bu il musson yağışlarının keçən illə müqayisədə 50-60 faiz daha sıx olduğu qeyd edilib və yağışların avqustun 22-dək davam edəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Sentyabrda Pakistanı iki yeni yağış dalğasının vuracağı gözlənilir.
İyun və sentyabr ayları arasında Cənubi Asiyaya təsir edən musson yağışları hər il böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.
Məryəm Quliyeva