

18 Avqust 17:35
18 Avqust 14:21
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) avqustun 15-dən etibarən üç həftə ərzində Qara dəniz terminalının bir nöqtəli yanalma dayaqlarından birində (SPM) təmir aparır.
“Report”un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə konsorsiumun mətbuat xidməti məlumat yayıb.
“SPM (CPC-3) əlverişli hava şəraitinə uyğun olaraq üç həftəyə qədər istismardan çıxarılıb”, - məlumatda deyilir.
Təmir üzən və sualtı şlanqların planlı şəkildə dəyişdirilməsindən ibarətdir, bununla yanaşı, neft CPC-1 SPM və CPC-2 SPM vasitəsilə yüklənir.
CPC-nin Qara dəniz terminalı Rusiya məhkəməsi tərəfindən apreldə məhdudiyyətlər aradan qaldırıldıqdan sonra üç SPM-dən ikisini istifadə edir. Söhbət 2024-cü ildə iki yanalma qurğusunun bağlanması ilə nəticələnən neft sızmasından gedir.
Qazaxıstanın bütün ixrac neftinin 80 %-dən çoxunu daşıyan CPC ölkənin qərbindəki Tengiz və bir neçə başqa yatağı Novorossiysk yaxınlığındakı Yujnaya Ozereyevka dəniz terminalı ilə birləşdirir.
Xatırladaq ki, CPC neft kəmərləri sistemi Xəzər dənizi hövzəsindən dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Magistral boru kəməri qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir və burada neft CPC-nin dəniz terminalı vasitəsilə tankerlərə yüklənir.
CPC-nin səhmdarları 31 %-ə sahib olan Rusiya, Qazaxıstan (20,75 %), Amerikanın "Chevron" (15 %), "ExxonMobil"in törəmə şirkəti "Mobil Caspian Pipeline Company" (7,5%) və digər şirkətlərdir.