

17 Avqust 20:20
15 Avqust 20:00
15 Avqust 19:34
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya prezidenti V.Putin Ukraynanın Donbas regionun Rusiyaya verilməsi müqabilində sülh müqaviləsinə razı olduğunu qeyd edib. Ümumiyyətlə, Krım danışıqlar predmetindən çıxarılıb, Ukraynanın şərq hissəsi yenidən Rusiyaya güzəştə razılaşdırılıb. Alyaskada görüşdə V.Putin və D.Tramp arasında belə bir razılaşmanın olduğu üzə çıxdı. Buna baxmayaraq, bu görüş nəticəsiz başa çatdı.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
"Qeyd edim ki, Rusiya 11 ildir ki, Donbası tam işğal edə bilmir. Hazırkı müstəvidə Donbasın Rusiyaya güzəştə verilməsi, müharibənin növbəti mərhələyə danışmasıdır. Baxmayaraq ki, Rusiya təhlükəsizlik zəmanəti verməyə hazırdır" - deyib politoloq.
Politoloqin fikrincə, V.Putin Ukraynaya hücum edəndə tam olaraq ölkəni tam işğal etməyi planlaşdırmışdı. Hazırda isə, Donbasla kifayətləndiyini qeyd edir. Bu, Rusiyanın Ukraynada məğlubiyyəti, Avropa ölkələrinin toparlanması və Ukraynaya ciddi yardımların artırılmasından irəli gəlir.
Demək olar ki, V. Putin Ukraynanı tam işğal etmək planını müvəqqəti dayandırmaqda maraqlıdır. Hazırda D.Trampa sülh lazımdır və çalışacaq ki, V. Zelenskiyə təzyiqlər etsin:
"Bir ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması naminə sülhün əldə edilməsi, dayanıqlı olmayacaq və beynəlxalq hüququ sarsıdacaq. Həmçinin, bu qərar Rusiyanın digər ölkələrə qarşı aqressiv siyasətinə stimul verəcək.
Avropa liderləri və Ukrayna D. Trampın V. Putinlə razılaşdığı planı qəbul etməyəcəklər. Əgər, ABŞ və Avropa ölkələri payıza qədər Rusiyaya təzyiq etsələr, V. Putin daha çətin vəziyyətlə qarşılaşa bilər. Amma, D. Tramp Avropanın təhlükəsizliyini təhdid edəcək razılaşmada maraqlıdır. Amma, Avropa və Ukrayna razılaşmayacaq.
V. Putin Ukrayna ilə bağlı razılaşma əldə edib, digər regionlara təsir etməyə çalışacaq. Xüsusilə, Cənubi Qafqaz və Mərkəzi Asiya V. Putinin yeni hədəfində olacaq".
Cavid