Kamçatka sahillərində 6 bal gücündə zəlzələ baş verib Dünya

Kamçatka sahillərində 6 bal gücündə zəlzələ baş verib

Kamçatka sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Xalqcebhesi.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin (UGS RAS) Federal Tədqiqat Mərkəzinin Kamçatka bölməsinin məlumatına görə, Kamçatka sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı Sakit Okeanın təxminən 46 km dərinliyində yerləşib.

UGS RAS-ın məlumatına görə, zəlzələ son sutka ərzində ən güclü olub.

Son 24 saat ərzində 4-5,6 bal gücündə zəlzələlər 19 dəfə qeydə alınıb, onların tezliyi getdikcə azalır.

Məryəm Quliyeva