Polşa Rusiyaya etiraz notası göndərib Dünya

Polşa Rusiyaya etiraz notası göndərib

Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz təyyarənin düşməsi ilə bağlı Rusiya səfirliyinə etiraz edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə diplomatik qurum X sosial şəbəkəsində məlumat yayıb.
Nəşr qeyd edir ki, etiraz notası Rusiya səfirliyinə avqustun 19-dan 20-nə keçən gecə baş verən Osiny şəhərində pilotsuz təyyarənin düşməsi və partlaması ilə bağlı göndərilib.
Polşa Xarici İşlər Nazirliyi bildirib ki, bu hadisəni "qəsdən təxribat, hibrid müharibə və Polşa Respublikasına qarşı növbəti düşmənçilik aktı" hesab edirlər.

Məryəm Quliyeva