

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
ABŞ və bir sıra Avropa ölkələrinin hərbi rəhbərləri Ukraynanın gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı hərbi təkliflər layihəsi hazırlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Reuters amerikalı hərbi rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynanın müdafiə nazirlərinin 19-21 avqust tarixlərində Vaşinqtonda keçirilən görüşlərində, müharibə başa çatdıqdan sonra Kiyevə veriləcək təhlükəsizlik zəmanətlərinin mümkün komponentləri müzakirə edilib.
Agentliyin mənbəyi bildirib ki, "Bu təkliflər hər ölkənin milli təhlükəsizlik müşavirlərinə təqdim ediləcək və davam edən diplomatik səylər çərçivəsində nəzərdən keçiriləcək."
Hərbi zəmanətlərin mümkün variantlarından biri, Avropa hərbçilərinin Ukraynaya göndərilməsi və onların komandanlığının ABŞ tərəfindən həyata keçirilməsi ilə bağlıdır.
Məryəm Quliyeva