

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya ədliyyə nazirliyi, dörd fiziki şəxs və iki təşkilatı xarici agentlər siyahısına daxil edib.
Xalqcebhesi.az “İnterfaks“a istinadən xəbər verir ki, siyahıya əlavə edilənlər arasında politoloq və keçmiş Dövlət Duması deputatı Sergey Markov, bloger və musiqiçi Dmitri Nyuberq, fəaliyyəti qadağan edilmiş keşiş Andrey Kordoçkin, fəal Rajana Duqarova, həmçinin "Tamizdatproject.org" və "Əlif TV" layihələri yer alır.
Ədliyyə Nazirliyi bu şəxsləri və təşkilatları Rusiyanın daxili işlərinə müdaxilə etməkdə, saxta məlumatlar yaymaqda və arzuolunmaz təşkilatlarla əlaqədə olmaqda ittiham edib. Markov, xarici media platformalarında respondent kimi iştirak edib və arzuolunmaz təşkilatların məzmununun yayılmasına töhfə verib. Nyuberq isə Rusiya ordusunun mənfi imici üçün saxta məlumatlar yaymış və SVO (Xüsusi Hərbi Əməliyyat) əleyhinə çıxış edib.
Keşiş Kordoçkin və fəal Duqarova da SVO-nun əleyhinə çıxış edib və xarici təşkilatlarla əlaqə saxlayıblar. "Tamizdatproject.org" və "Əlif TV" layihələri isə xarici agentlər və arzuolunmaz təşkilatların məzmununu yaymaqda ittiham olunurlar.
Ədliyyə Nazirliyi həmçinin "Gümüş Tayqa" Dayanıqlı İnkişafın Təşviqi Fondunun fəaliyyətini dayandıraraq onu reyestrdən çıxarıb.
Məryəm Quliyeva
Qayıdış dövründə Laçında nə kimi işlər görülüb? – Ekspertdən açıqlama