Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi: Artıq zaman açıqlama deyil, hərəkətə keçmə zamanıdır Dünya

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi: Artıq zaman açıqlama deyil, hərəkətə keçmə zamanıdır

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) Qəzzada aclığı elan etmə qərarı ilə bağlı yazılı açıqlama yayıb.

Sözügedən qərarın gecikmiş də olsa məmnuniyyətlə qarşılandığı bildirilən açıqlamada “ölən yüzlərlə insanın həyatını xilas etmək olardı, minlərlə insan isə təhlükə altındadır. Beynəlxalq ictimaiyyət real sınaq qarşısındadır. Artıq zaman açıqlama deyil, hərəkətə keçmə zamanıdır” ifadəsi işlədilib.

Açıqlamada vurğulanıb ki, İsrail tərəfindən həyata keçirilən sistematik aclıq təkcə qıtlıq yaratmır, həm də səhiyyə sektorunun və infrastrukturun məhv edilməsi, kütləvi ölümlər və nəsillərin hədəfə alınmasını ehtiva edən soyqırımın bir hissəsini təşkil edir.