

23 Avqust 19:42
23 Avqust 17:46
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Bu ilin fevral ayında Ağ Evdə ABŞ və Ukrayna prezidentləri arasında yaşanan mübahisədən sonra, ABŞ vitse-prezidenti Ceyms Devid Vens Ukraynanın Londondakı səfiri Valeri Zalujniyə zəng edib.
Bu barədə anonim mənbələr “The Guardian” qəzetinə məlumat veriblər.
Zalujni isə Ukrayna hökuməti ilə məsləhətləşmələr apardıqdan sonra zəngə cavab verməkdən imtina edib.
Qəzetdə dərc olunan məqalədə, Zalujninin hazırkı Ukrayna prezidenti Volodimir Zelenskinin yerinə prezidentlik üçün ideal namizəd olduğu iddia olunur və ABŞ vitse-prezidentinin zənginin də məhz bu səbəbdən olduğu spekulyasiyası irəli sürülür.
Lakin məqalədə qeyd olunur ki, Zalujni Zelenski hökumətinə sadiqdir və indiyə qədər siyasi ambisiyalarının olduğu barədə açıqlama verməyib.
Qeyd edək ki, Valeri Zalujni Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı olub.
Hazırda isə o Ukraynanın Böyük Britaniyadakı səfiri olaraq fəaliyyət göstərir.