Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər Dünya

Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər

Paşinyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxa biləcəyini istisna etməyib.

Ermənistan Baş naziri bu barədə bugünkü brifinqdə bildirib.

“Biz başa düşürük ki, Avropa İttifaqı və Aİİ-yə eyni vaxtda üzv olmaq mümkün deyil. Son seçim anı gələndə müvafiq qərar verəcəyik”, - Nikol Paşinyan qeyd edib.