
Su qıtlığı problemi: Azərbaycanda təhlükə varmı?
27 Avqust 23:45
27 Avqust 23:45
27 Avqust 23:33
27 Avqust 23:09
27 Avqust 23:07
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Estoniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın müvəqqəti işlər vəkili Lenar Salimullini cümə axşamı qurumun inzibati binasına çağıraraq ona etiraz notası təqdim edib.
Bu barədə ERR teleradio şirkəti öz saytında məlumat yayıb.
"Cümə axşamı, avqustun 28-də Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkili Lenar Salimullini ona etiraz notası təqdim etmək üçün quruma çağırıb", - məlumatda deyilir.
Diplomatın çağırılmasına səbəb kimi Rusiyanın Kiyevə zərbə endirməsi və nəticədə Avropa İttifaqının diplomatik missiyasına da ziyan dəyməsi göstərilir.
Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyanın zərbəsi nəticəsində Aİ-nin Kiyevdəki diplomatik missiyasına ziyan dəyməsinə görə Rusiyanın Aİ-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Karen Malayanı çağırdığını bildirmişdi. Bundan əlavə, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi də Kiyevdəki "British Council" binasına ziyan vurulması iddiaları fonunda Rusiyanın Londondakı səfirinin quruma çağırıldığını bildirib.