Abşeronda evlərdən və marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
Dayə kimi çalışdığı evdən 60 min manatlıq qızıl oğurlayan şəxs tutulub - VİDEO
Naxçıvanda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib - VİDEO
"Rusiya məhz Putinin yersiz eqoizminə görə yeni dünya düzənində epizodik rol alacaq”
28 Avqust 23:39
1 820
Ermənistanla Azərbaycan arasında əldə olunan bir sıra razılaşmalar, həmçinin Azərbaycanla ABŞ arasında razılaşma region üçün çox müsbət mənzərə yaradıb.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TGRT Haber"ə müsahibəsində bildirib.
Nazir deyib ki, Vaşinqton görüşü və razılaşmalarla bağlı Azərbaycan tərəfi Türkiyə ilə məsləhətləşmələr də aparıb.
Zəngəzur dəhlizi ilə bağlı həm Türkiyə Prezidentinin, həm Türkiyənin mövqeyinin qarşılıqlı etimada əsaslandığını deyən nazir bu mövzuda Azərbaycanla sıx əməkdaşlığın olduğunu qeyd edib:
"Hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret heç nə yoxdur. Nə baş verəcəyi, vəziyyətin necə idarə olunacağı məsələlərini tərəflər öz aralarında müzakirə edəcəklər. Prezidentimizin və bizim tutduğumuz mövqe isə etimada əsaslanır. Biz azərbaycanlı qardaş və bacılarımıza güvənirik. Başda Cənab Əliyev olmaqla, Azərbaycandakı məsul şəxslər bacarıqlı insanlardır".
Hakan Fidan Ermənistanın Baş naziri Nikol Paşinyanın bu məsələdə son mövqeyini də təqdir edib: "Paşinyanın siyasi riskə getməsi də təqdirəlayiqdir".