Ursula fon Der Leyenin təyyarəsi Rusiyanın kiberhücumuna məruz qaldı Dünya

Ursula fon Der Leyenin təyyarəsi Rusiyanın kiberhücumuna məruz qaldı

Avropa Komissiyasının lideri Ursula fon Der Leyeni daşıyan təyyarə Bolqarıstan səmasında Rusiyanın kiberhücumuna məruz qalıb.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Plovdiv hava limanına enməli olan təyyarə GPS naviqasiya xidmətlərindən məhrum edilib.

Bolqarıstanın Hava Nəqliyyatı İdarətetmə Mərkəzi məlumatı təsdiqləyib.

AB sözcüsü Arianna Podesta müdaxilənin Rusiya tərəfinin "düşmən siyasətinin bir parçası" olduğunu bildirib: “GPS siqnalının itməsinə baxmayaraq, təyyarə Bolqarıstana təhlükəsiz şəkildə enə bildi. Bolqar rəsmilər müdaxilənin Rusiya tərəfindən edildiyini bildiriblər. Biz Rusiyanın bu kimi addımlarına alışmışıq. Bu hadisə Ukraynaya dəstəyimizi artırmaqla bağlı sarsılmaz mövqeyimizi daha da gücləndirəcək".