

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiyanın Udmurtiya Respublikasının İjevsk şəhərində üç yeniyetmə hərbi sənaye kompleksi obyektini partlatmağa cəhd edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
İstintaqın məlumatına görə, 15, 16 və 17 yaşlı yeniyetmələr messencerdə, ehtimal ki, Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə yazışıblar. Yeniyetmələrə bomba olan bir anbarın koordinatları verilib. Həmin yeniyetmələr hərbi sənaye kompleksinub nəzarət-buraxılış məntəqəsinə əldə qayırma partlayıcı qurğunu qoymaq istəsə də, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Udmurtiya Respublikasının əməkdaşları tərəfindən saxlanılıb.
Yeniyetmələr həbs edilib, terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb.