İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
2 Sentyabr 2025 23:49
2 114
Ukraynada atəşkəs əldə edilməyənədək oraya Qərb hərbçilərinin göndərilməsindən söhbət gedə bilməz.
Bu barədə Almaniya Kansleri Fridrix Merts bildirib.
"Bu ana (atəşkəsə - red.) qədər Ukraynaya qoşun göndərilməyəcək", - o, Sat.1 telekanalına müsahibəsində deyib.
Kanslerin sözlərinə görə, hətta atəşkəs əldə edildiyi təqdirdə belə, Almaniya üçün bu yalnız "əhəmiyyətli qeyd-şərtlərlə" mümkün olacaq, çünki bu yolda "çoxsaylı maneələr var".
Merts Almaniyanın Ukraynada hərbi missiya planlarının olmadığını qeyd edib.
Eyni zamanda, kansler qeyd edib ki, Ukraynaya hərbi yardım göstərilməsi məsələləri Avropa Komissiyasının (AK) deyil, "İstəklilər Koalisiyası"nın səlahiyyətindədir.
"Bu, Avropa İttifaqının səlahiyyətində deyil", - o vurğulayıb.