Peskov: Pekində Putinlə Əliyev arasında heç bir əsaslı söhbət olmayıb Dünya

Peskov: Pekində Putinlə Əliyev arasında heç bir əsaslı söhbət olmayıb

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Pekində əhatəli bir danışıqlar aparmayıblar, sadəcə olaraq bir-birlərini salamlayaraq əl sıxıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

“Əliyevlə onlar bir-birlərini salamladılar, əl sıxdılar, lakin hər hansı bir əhatəli ünsiyyət olmadı,” – deyə Peskov vurğulayıb.

Məryəm Quliyeva