Aİ 2031-ci ilə qədər hərbi xərcləri artırmağı planlaşdırır Dünya

Aİ 2031-ci ilə qədər hərbi xərcləri artırmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) 2031-ci ilə qədər hərbi xərclərini €2 trilyon artırmağı nəzərdə tutur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bəyan edib. Məlumatı TASS yayıb.

“2031-ci ilə qədər Avropa İttifaqı hərbi xərclərini €2 trilyon artırmaq niyyətindədir,” – deyə Kallas bildirib.

O əlavə edib ki, Aİ-nin hərbiləşmə prosesinin sürətləndirilməsi üçün israrlı şəkildə çağırışlarını davam etdirəcək və ittifaq ölkələrini hərbi büdcələrini daha da artırmağa təşviq edəcək.

Məryəm Quliyeva