Nigeriyada hava hücumu nəticəsində 15 Boko Haram terrorçusu öldürülüb Dünya

Nigeriyada hava hücumu nəticəsində 15 Boko Haram terrorçusu öldürülüb

Nigeriyanın Borno əyalətində Boko Haram terror təşkilatını hədəf alan hava hücumunda 15 terrorçu zərərsizləşdirilib.

Xalqcebhesi.az xəbər verir ki, Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Ehimen Ejodame verdiyi yazılı açıqlamada ordunun Bornodakı Sambisa meşəsində Boko Harama qarşı hava hücumu təşkil etdiyini bildirib.
Ejodame əməliyyatda 15 Boko Haram terrorçusunun öldürüldüyünü bildirib.
Ejodame əməliyyatda təşkilatın əsas strukturlarının məhv edildiyini və terrorçuların əhəmiyyətli itkilər verdiyini qeyd edib.
2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən “Boko Haram” 2009-cu ildən bu yana kütləvi terror aktlarında on minlərlə insanın həyatına son qoyub.
2015-ci ildən terror təşkilatı qonşu Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda ən az 2000 adam həyatını itirib. Yüz minlərlə insan terror aktları və qarşıdurmalar səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalıb.

Məryəm Quliyeva