İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
4 Sentyabr 2025 16:18
2 513
Bazar günü gecə Əfqanıstanın şərqindəki Kunar əyalətində baş verən 6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2205 nəfərə çatıb.
Xalqcebhesi.az xəbər verir ki, ToloNews Əfqanıstan Müvəqqəti Hökumətinin sözçünün müavini Həmdullah Fitratın bəyanatına istinadən bazar günü Kunar əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı barədə məlumat yayıb.
Bununla da ölənlərin sayı 2205-ə, xəsarət alanların sayı isə 3640-a çatıb.
Hesabatda zəlzələdən ən çox zərər çəkən Kunar vilayətinin Nur Gül, Savki, Çapa Dara və Manoqi bölgələrində xilasetmə işlərinin davam etdiyi qeyd edilib.
Məryəm Quliyeva