Putin: Rusiya və ABŞ-ın iqtisadi əməkdaşlığı bərpa etməsi üçün siyasi qərar lazımdır Dünya

Putin: Rusiya və ABŞ-ın iqtisadi əməkdaşlığı bərpa etməsi üçün siyasi qərar lazımdır

ABŞ-da Rusiya ilə əməkdaşlığı bərpa etməyə və ya yenidən başlamağa hazır olan çoxlu insanlar var.

APA Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda deyib.
“Rusiya və ABŞ Arktikada birgə işləyə bilərlər. Alyaskada təbii ehtiyatlar mövcuddur, Rusiyada isə qazın çıxarılması və mayeləşdirilməsi sahəsində effektiv texnologiyalar var. Bundan əlavə, Moskvanın Alyaskada amerikalı şirkətlərlə əməkdaşlıq üçün yaxşı təklifləri mövcuddur”, - deyə Putin bildirib.

O, həmçinin, vurğulayıb ki, Rusiya beynəlxalq iqtisadi əməkdaşlıqdan heç vaxt üz çevirməyib və heç kimə maneə törətmir.

"Rusiya və ABŞ-ın iqtisadi əməkdaşlığı bərpa etməsi üçün siyasi qərar lazımdır", - Putin qeyd edib.