İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
5 Sentyabr 2025 15:14
2 583
Hazırda Yaponiyanı əhatə edən “Wipha” qasırğasının Vakayama prefekturasına doğru irəlilədiyi bildirilir.
Xalqcebhesi.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) Yaponiyanın qərbində "Wipha" qasırğası ilə bağlı xəbərdarlıq edib.
Açıqlamada güclü yağışın 4-cü səviyyəli sürüşmə və daşqın riski yaratdığı bildirilib. Səlahiyyətlilər qeyd ediblər ki, tayfun 5 sentyabr cümə günü səhər saat 9 radələrində Sakit okean sahilləri ilə hərəkət edərək Vakayama prefekturasının şimal hissəsinə çatıb.
Həddindən artıq yağış və daşqın riski ilə əlaqədar sakinləri diqqətli olmağa çağıran meteorologiya mütəxəssisləri yaxın saatlarda tayfunun Kansai, Tokai, Kanto-Koşin və Tohoku bölgələrinə çatacağını açıqlayıb.
Məryəm Quliyeva