İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
6 Sentyabr 2025 20:56
2 835
Kanadanın hökumət başçısı Mark Karni əmindir ki, beynəlxalq ictimaiyyət və Ukraynanın Müdafiə Qüvvələri Rusiyaya maksimum təzyiq göstərməlidir ki, Kreml sülhə getməyə məcbur olsun.
APA xəbər verir ki, bu barədə "CBC" məlumat yayıb.
Sentyabrın 5-də, cümə günü Karni bildirib ki, Kanada və digər müttəfiqlər Moskvaya qarşı maksimum təzyiqi davam etdirməlidir.
O həmçinin qeyd edib ki, Kreml rəhbəri Vladimir Putin "hələ sülhün zəruriliyini qəbul etməyib".