Makron yaxın günlərdə Fransaya yeni Baş nazir təyin edə bilər Dünya

Makron yaxın günlərdə Fransaya yeni Baş nazir təyin edə bilər

Fransa Prezidenti Emmanuel Makron parlamentin hazırkı kabinetə etimadsızlıq səsverməsindən sonra yaxın günlərdə yeni Baş nazir təyin etməyi nəzərdən keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Yelisey sarayının açıqlamasında bildirilir.

"Prezident deputatların səsvermənin nəticələrini qeyd edir. O, sabah Baş nazir Fransua Bayrunu qəbul edəcək. Yaxın günlərdə yeni Baş naziri təyin edəcək", - açıqlamada qeyd olunub.

Bundan əvvəl Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatlarının əksəriyyəti Baş nazir Fransua Bayrunun proqram xarakterli çıxışından sonra ölkə hökumətinə etimadın əleyhinə səs verib. LCI televiziya kanalının məlumatına görə, Bayru istefa ərizəsini çərşənbə axşamı səhər prezidentə təqdim etmək niyyətindədir. Yaxın saatlarda Baş nazir Matinyon sarayında kabinet üzvləri ilə görüş keçirmək niyyətindədir.