Rubinyan və İran XİN rəhbərinin müavini Ermənistan-Türkiyə dialoqunu müzakirə edib Dünya

Rubinyan və İran XİN rəhbərinin müavini Ermənistan-Türkiyə dialoqunu müzakirə edib

Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan İran xarici işlər nazirinin Vahid Calalzadə ilə görüşüb.

Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Ruben Rubinyan və Vahid Calalzadə Ermənistan-Türkiyə danışıqlar prosesini müzakirə ediblər.

Ermənistan parlamentindəki görüşdə bölgədəki son hadisələrə də toxunulub.

Rubinyan bildirib ki, İranla münasibətlər qarşılıqlı hörmətə əsaslanır və Ermənistan üçün böyük əhəmiyyət kəsb edir.