Nepal prezidenti etirazlar fonunda iqamətgahdan vertolyotla təxliyə edilib Dünya

Nepal prezidenti etirazlar fonunda iqamətgahdan vertolyotla təxliyə edilib

Nepalda etirazçılar prezident Rama Çandra Paudelanın iqamətgahına daxil olduqdan sonra ordu onu helikopterlə təxliyə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Khabarhub” portalı məlumat yayıb.

Bundan bir qədər əvvəl Nepalda etirazçıların ölkə prezidentinin iqamətgahına daxil olduğu bildirilirdi.

"Hücuma cavab olaraq Nepal Ordusu prezident Rama Çandra Paudelanın təhlükəsizliyini təmin edərək helikopterlə hərbi təlim mərkəzinin yerləşdiyi Şivapuriyə təxliyyə edib", - məlumatda deyilir.

Sentyabrın 9-da Katmanduda Nepal parlamenti qarşısında etirazçılar hökumətin istefasını tələb ediblər.

Məryəm Quliyeva