

9 Sentyabr 17:13
9 Sentyabr 16:30
9 Sentyabr 14:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya müharibə başlayandan bəri Avropada ən ciddi hava məkanı pozuntusuna yol verib.
Bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X”də bildirib.
Kallas deyib ki, bu, təsadüfi deyil, əlamətlər bunun qəsdən törədildiyini göstərir.
O qeyd edib ki, NATO-nun Baş katibi Mark Rutte və Polşanın xarici işlər naziri ilə mütəmadi əlaqə saxlayır.
Kallas vurğulayıb ki, Avropa İttifaqı Polşa ilə tam şəkildə həmrəydir: “Rusiyanın müharibəsi bitmir, əksinə böyüyür”.
Kallas Ukraynaya dəstəyi gücləndirmək və Avropanın müdafiəsinə sərmayə qoymaqla bağlı çağırış edib: “Aİ bu prosesdə böyük rol oynayır və biz Şərq Sərhəd Qalxanı müdafiə xətti kimi təşəbbüsləri dəstəkləyəcəyik”.