

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Çinin xarici işlər naziri Van İ ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı ABŞ-ı öz maraqlarına dair diqqətli olmağa çağırıb.
APA xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.
Məlumatda bildirilib ki, Van İ ABŞ tərəfinin son vaxtlar Çinin qanuni hüquq və maraqlarına qarşı səsləndirdiyi mənfi bəyanatların, habelə Pekinin daxili işlərinə müdaxilələrin ikitərəfli münasibətlərin yaxşılaşmasına və inkişafına zərər verdiyini bildirib.
Nazir ABŞ-ı söz və əməlində diqqətli olmağa, xüsusilə Çinin əsas maraqlarına aid məsələlərdə, məsələn, Tayvan mövzusunda ehtiyatlı davranmağa çağırıb.
Van İ bildirib ki, Çin və ABŞ II Dünya müharibəsi zamanı militarizm və faşizmə qarşı birlikdə mübarizə aparıblar, indi isə yeni dövrdə iki tərəf dünya sülhü və rifahı üçün birlikdə çalışmalı, qlobal çağırışları həll etməli və böyük ölkələr kimi öz üzərlərinə düşən məsuliyyəti daşımalıdırlar.