İndoneziyada leysan yağışları nəticəsində 20 nəfər ölüb Dünya

İndoneziyada leysan yağışları nəticəsində 20 nəfər ölüb

Bali adasında və Şərqi Nusa Tengqara əyalətində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 20 nəfər ölüb, 6 nəfər itkin düşüb.

Xalqcebhesi.az xəbər verir ki, sentyabrın 8-də ölkədə başlayan güclü yağışlar Bali adasında və Şərqi Nusa Tengqara əyalətində sel və torpaq sürüşməsinə səbəb olub.
Daşqın və sürüşmə nəticəsində 20 nəfər ölüb, 6 nəfər itkin düşüb.
Səlahiyyətlilər, sel sularının çəkilməsindən sonra qrupların fəlakətlərdə itkin düşdüyü bildirilən 6 nəfər üçün çaylarda və kəndlərdəki dağıntılarda axtarış-xilasetmə işlərinə başladığını bildirdi.

Milli Fəlakətlə Mübarizə Agentliyinin sözçüsü Əbdül Muhari, yağışlardan sonra daşan çayların Bali adasında 9 şəhər və rayona ziyan vurduğunu, ən azı 120 məhəlləni çay sularının yüksəlməsi ilə basdığını və bir çox bölgədə torpaq sürüşməsinin baş verdiyini bildirib.

Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəhbəri Suharyanto da mətbuat konfransında bildirib ki, Bali adasında daşqın təhlükəsi sona çatıb. Suharyanto, adada yüzlərlə dükan və evin sel səbəbiylə su altında qaldığını, sel suları altında qalanların tapılması üçün başladılan axtarış-xilasetmə işlərinə 600-ə yaxın xilasedici, polis və əsgərin cəlb edildiyini bildirib.

Məryəm Quliyeva