ABŞ Energetika Nazirliyi: Aİ Rusiyan LNG-sini Amerikanınkı ilə əvəz etməlidir Dünya

ABŞ Energetika Nazirliyi: Aİ Rusiyan LNG-sini Amerikanınkı ilə əvəz etməlidir

ABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət sazişinin şərtlərinin yerinə yetirilməsi üçün Avropa ölkələri Rusiyadan LNG, benzin, dizel və təyyarə yanacağının tədarükünü Amerika ixracı ilə əvəzləməlidir.

"Report" xəbər verir ki, bunu Avropada işgüzar səfərdə olan ABŞ-nin energetika naziri Kris Rayt telefonla xüsusi brifinqdə bildirib.

"Avropa ölkələrinin ümumilikdə 750 milyard dollarlıq ABŞ enerji resurslarının idxalı şərtini necə yerinə yetirə bilər" sualına amerikalı nazir belə cavab verib: "Bunu etmək üçün tamamilə real bir yol var. Bu, yenə də Rusiya LNG-sinin Amerikanınkı ilə əvəz edilməsidir. Bu, Rusiyadan müxtəlif məhsullar - benzin, dizel və təyyarə yanacağı şəklində tədarük edilən nefti Amerika ixracı ilə əvəz edilməsidir. Bu, bəlkə də sizə 750 milyard dollarlıq hədəfin üçdə ikisini verəcək".

Xatırladaq ki, iyulun 27-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp Ağ Evin tətbiq etməklə hədələdiyi Avropadan bütün idxala 30 % rüsum əvəzinə avqustun 1-dən ABŞ-yə idxal olunan Avropa mallarının təxminən 75 %-nə 15 % rüsum tətbiq ediləcəyi barədə razılığa gəlib. Eyni zamanda, Aİ Amerika mallarına rüsum tətbiq etməyəcək. AK Rusiyanın enerji resurslarının Aİ-yə bütün növ idxalını tamamilə qadağan edəcəyini və ABŞ-dən 750 milyard dollara neft, qaz, nüvə avadanlığı və yanacağı almağa, həmçinin ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya qoymağa söz verib.