Husilər İsrailin Negev səhrasındakı hərbi obyektinə zərbələr endirib Dünya

Husilər İsrailin Negev səhrasındakı hərbi obyektinə zərbələr endirib

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər İsrailin Negev səhrasındakı hərbi obyektinə hipersonik ballistik raketlə hücum edib.

APA xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya bildirib.

"Yəmən silahlı qüvvələri İsrailin Negev bölgəsindəki hərbi obyektinə hücum edərək əməliyyat həyata keçirib. İşğal olunmuş ərazilərə zərbə "Fələstin-2" hipersəs ballistik raketi ilə həyata keçirilib. Əməliyyat öz məqsədinə uğurla nail olub", - hərəkatın nümayəndəsi deyib.

Onun sözlərinə görə, husilər həmçinin İsrailə doğru üç pilotsuz təyyarə göndəriblər. Onlardan ikisi Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına, üçüncüsü isə raketlərin vurulduğu Negevdəki eyni hərbi obyektə yönəlib.

İsrail ordusu Yəməndən atılan bir raket və bir pilotsuz uçan aparatın zərərsizləşdirildiyini bildirib.