İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
12 Sentyabr 2025 10:28
2 198
Ermənistan Rusiyanın üçün kiçik qardaş deyil, tərəfdaşdır.
APA xəbər verir ki, bunu RTV1 telekanalına müsahibəsində Ermənistan Prezidenti Vaaqn Xaçaturyan edərkən deyib.
“Rusiyalı tərəfdaşların Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə almalarını istəyirik. Ermənistan iqtisadi baxımdan Rusiyadan asılıdır, lakin hesab edir ki, Rusiya da "iqtisadi mənada" Ermənistandan asılıdır”, - o bildirib.
Avropa İttifaqı ilə münasibətlər kontekstində Xaçaturyan bildirib ki, Ermənistan hakimiyyəti kimlə, necə ticarət və əməkdaşlıq aparacağını, diplomatik münasibət quracağını özü müəyyən etməlidir. Bununla yanaşı, o əmindir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olaraq heç bir qaydanı pozmur və təşkilatın müəyyən etdiyi şərtlərlə işləyir. Siyasətçinin sözlərinə görə, bu istiqamətdə indiyə qədər heç bir problem yaşanmayıb.