

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya Avropa ölkələrini təhdid etmir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Belarusla birgə keçirdiyi "Qərb-2025" hərbi təlimləri ətrafında gərginliyin artması ilə bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, bu qəbildən olan təlimlər hər zaman həmsərhəd ölkələrin diqqətini cəlb edir. "Normal konstruktiv dinc və mehriban yanaşı yaşama şəraitində qonşu ölkələrin nümayəndələrinin hər zaman bu təlimləri müşahidə etmək imkanı olur. Belə praktika olub. İndi Qərbi Avropa bizə qarşı düşmən mövqe tutanda bütün bunlar bu ölkələr üçün emosional yüklənmə ilə nəticələnir. Prezidentimizin sözlərini xatırlatmaq istəyirəm: Rusiya heç vaxt heç kimi təhdid etməyib, Avropa ölkələrini də təhdid etmir.
Hərbi infrastrukturu ilə Avropaya doğru irəliləyən Rusiya deyil, Avropa sülh deyil, qarşıdurma aləti olan NATO-nun bir hissəsi kimi bizim sərhədlərimizə doğru irəliləyirdi”, - Kremlin sözçüsü vurğulayıb.